ABL: “Neftçi” “Sabah”a məğlub olub
28.01.2026 - 23:39
ABL: “Neftçi” “Sabah”a məğlub olub

Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış oyunlardan biri bu gün keçirilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürüb.

Oyun "bayquşlar"ın 125:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, XI turdan təxirə salınmış NTD - "Gəncə" qarşılaşması yanvarın 29-da baş tutacaq.