ABL: “Neftçi” “Sabah”ı məğlub etdi
06.05.2025 - 21:24
Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.
Apasport.az xəbər verir ki, bu gün həlledici seriyanın 3-cü oyunu keçirilib.
İlk iki görüşdə qələbə qazanan “Sabah” “Neftçi”ni sınağa çəkib.
Bakı İdman Sarayında təşkil olunan görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb.
Növbəti oyun iki gün sonra keçiriləcək.
Qeyd edək ki, final seriyası 4 qələbəyədək davam edəcək.
Azərbaycan Basketbol Liqası
Final, 3-cü oyun
19:00. “Sabah” – “Neftçi” - 76:79 (9:26, 32:16, 19:20, 16:17)
Bakı İdman Sarayı
Seriyada hesab – 2:1
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0