Kişilər arasında Azərbaycan Basketbol Liqasında XX tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün A qrupunda son turun iki görüşü keçirilib.
Hər iki matç eyni saatda başlayıb. Autsayderlər “Sərhədçi” ilə NTD 5-ci yer uğrunda duelə çıxıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Turnir cədvəlindəki mövqeləri dəqiqləşən “Abşeron"la “Neftçi" formal oyunda üz-üzə gəlib. "Ağ-qaralar" oyuna yaxşı start veriblər. Sonadək üstünlüyü qoryan "Neftçi" 8 xal fərqi ilə qalib gəliblər.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XX tur, A qrupu
19:00. “Sərhədçi” – NTD - 103:77 (29:14, 24:23, 25:19, 25:21)
19:00. “Abşeron" – “Neftçi" - 77:85 (20:22, 20:21, 16:28, 21:14)
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri