ABL: "Sabah" "Neftçi" ilə üz-üzə
14.05.2025 - 09:18
ABL: "Sabah" "Neftçi" ilə üz-üzə

Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün altıncı oyun keçiriləcək.

Apasport.az xəbər verir ki, "Sabah" - "Neftçi" qarşılaşması saat 19:00-da başlayacaq.

Görüş Bakı İdman Sarayında təşkil olunacaq. Əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.

Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.