ABL: "Sabah" "Neftçi" ilə üz-üzə
28.01.2026 - 09:49
Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış oyunlardan biri bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürəcək.
"Sabah" hazırda A qrupunda 25 xalla ikinci, "ağ-qaralar" 19 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XI turdan təxirə salınmış NTD - "Gəncə" qarşılaşması yanvarın 29-da baş tutacaq.
0
0