ABL: "Sabah"dan qələbə
10.01.2026 - 15:57
ABL: "Sabah"dan qələbə

Azərbaycan Basketbol Liqasının XII turunda "Sabah" NTD-ni məğlub edib.

Apasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan görüş "Sabah"ın 121:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Tur çərçivəsində bu gün daha bir qarşılaşma keçiriləcək. Saat 17:00-da, eyni məkanda "Neftçi" "Şəki" ilə üz-üzə gələcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" isə "Sumqayıt"ı (97:81) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.