ABL: “Sərhədçi” səfərdə uduzdu
11.12.2025 - 00:04
ABL: “Sərhədçi” səfərdə uduzdu

Azərbaycan Basketbol Liqasında IX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, B qrupunda "Sərhədçi" komandası səfərdə "Naxçıvan"la qarşılaşıb.

Görüş ev sahiblərinin 90:74 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura dekabrın 14-də yekun vurulacaq.