ABL: "Sərhədçi" "Sumqayıt"a qarşı
14.04.2025 - 09:32
ABL: "Sərhədçi" "Sumqayıt"a qarşı

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha üç oyunu bu gün keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Quba" "Ordu"nu qəbul edəcək.

Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" qalib gəlib - 91:83.

Ardınca NTD və "Abşeron" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Matç Sərhədçi İdman Mərkəzində, saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.

Saat 21:00-da eyni arenada "Sərhədçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. İlk görüşdə birincilər inamlı qalibiyyət əldə edib - 123:97.