ABL: "Sumqayıt" "Naxçıvan"a qarşı
14.11.2025 - 09:26
Azərbaycan Basketbol Liqasında bu gün VII turun daha bir qarşılaşması keçiriləcək.
Apasport.az xəbər verir ki, B qrupunda "Sumqayıt" "Naxçıvan"la üz-üzə gələcək.
Görüş Sumqayıt Olimpiya İdman Kompleksində saat 19:00-da start götürəcək. "Naxçıvan" qrupda 10 xalla ikinci pillədə yer alıb. 8 xala malik "Sumqayıt" isə sonuncu - altıncıdır.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Lənkəran" "Sərhədçi"ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0