ABL: V turun növbəti oyunları keçirilib
31.10.2025 - 22:22
Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan "Gəncə" "Şəki"ni qəbul edib.
Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib.
B qrupunda mübarizə aparan "Sərhədçi" isə "Sumqayıt"la üz-üzə gəlib. Matçda "gənclik şəhəri" təmsilçisi 84:80 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ötən gün "Ordu" səfərdə "Lənkəran"ı məğlub edib - 91:76. Tura noyabrın 2-də yekun vurulacaq.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0