ABL: X tura bu gün yekun vurulacaq
21.12.2025 - 12:38
Azərbaycan Basketbol Liqasında X tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu oyunda "Neftçi" NTD ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı matç saat 18:00-da start götürəcək.
"Neftçi" A qrupunda 12 xalla dördüncü, NTD 10 xalla altıncı sıradadır.
Qeyd edək ki, X turda "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" "Quba"nı (78:69), "Ordu" "Lənkəran"ı (84:72), "Gəncə" "Şəki"ni (78:73) "Abşeron Lions" "Sabah"ı (101:97) məğlub edib.
0
0