ABL: XV turda daha bir oyun baş tutacaq
30.01.2026 - 11:18
ABL: XV turda daha bir oyun baş tutacaq

Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun baş tutacaq.

Apasport.az xəbər verir ki, "Naxçıvan" bu gün "Quba" ilə üz-üzə gələcək.

B qrupunun qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Naxçıvan" 25 xalla qrupda ikincidir. 19 xala malik "Quba" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün baş tutan "Lənkəran" - "Ordu" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.