Azərbaycan Basketbol Liqasında XVI tura 2 oyunla yekun vurulacaq.
Apasport.az xəbər verir ki, hər iki görüş B qrupunda keçiriləcək.
“Şəki” evdə “Ordu” ilə qarşılaşacaq. Matça Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start veriləcək. Meydan sahibləri hazırda qrupda ikinci, “Ordu” isə üçüncüdür. Hər iki komandanın 26 xalı var.
Turun son qarşılaşması “Sərhədçi” İdman Mərkəzində gerçəkləşəcək. “Quba” “Gəncə”ni qəbul edəcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək. “Gəncə” hazırda 26 xalla qrup lideridir. Sonuncu - 6-cı olan “Quba”nın 19 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" "Sərhədçi"ni 89:73, "Sumqayıt" "Lənkəran"ı 88:83, NTD isə “Abşeron”u 98:85 hesabı ilə məğlub edib.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri