“Abşeron Lions” Estoniya təmsilçisinə məğlub oldu
16.10.2025 - 22:15

Bu gün daha bir təmsilçimiz FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, "Abşeron Lions" klubu Estoniya təmsilçisi "Kalev"i qəbul edib.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürüb.
Oyun qonaqların 85-93 (21-32, 22-19, 17-22, 25-20) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, I qrupunun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi Polşada "Trefl"ə uduzub - 63:92.
0
0