"Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, NTD-yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının VII turunun oyunu barədə danışıb:
"Komandanın son durumunu yaxşı dəyərləndirmək olar. İlk dövrənin son matçından sonra intensiv və faydalı məşq prosesimiz oldu. "NTD" ilə aramızda çox fərq yoxdur. 1 qələbə onlardan artıq qazanmışıq. Onların da bizim kimi son anlarda uduzduqları görüşlər oldu. NTD yaxşı komandadır və bizimlə oyuna çox ciddi hazırlaşırlar. İkinci dövrəyə qələbə ilə başlamaq istəyəcəklər. Matçın son anına qədər mübarizə dolu oyun olacaq".
Qeyd edək ki, "Abşeron" - NTD oyunu dekabrın 13-də, saat 15:00-da baş tutacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri