Avropa Kuboku: “Kür” III mərhələdə İslandiya klubu ilə qarşılaşacaq
29.10.2024 - 16:22
Kişi həndbolçulardan ibarət “Kür” kollektivi Avropa kubokunun III mərhələsində İslandiyanın “Haukar” klubu ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, təmsilçimiz növbəti mərhələnin ilk oyununa səfərdə çıxacaq.
Raundun ilk qarşılaşmaları noyabrın 23-24, cavab qarşılaşmaları isə noyabrın 30-u dekabrın 1-i tarixlərində keçiriləcək.
Qeyd edək ki, Mingəçevir klubu II mərhələdə Kiprin “Parnassos Strovolu” komandasına qalib gəlmişdi. (32:29, 35:31)
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0