Azərbaycan Basketbol Liqası: "Sabah"ın finaldakı rəqibi müəyyənləşir
11.05.2024 - 10:53
Bu gün Azərbaycan Basketbol Liqasında növbəti finalçı müəyyənləşə bilər.
Apasport.az xəbər verir ki, “Xəzri” və “NTD-İndiqo” komandaları yarımfinalda ikinci dəfə üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzində oynanılacaq görüş saat 19:30-da start götürəcək.
Komandalar arasında seriyanın ilk matçı “Xəzri”nin 63:61 hesablı qələbəsi ilə yekunlaşıb.
Paytaxt təmsilçisi bu gün də qələbə qazansa, adını finala yazdıracaq. Qarşılaşma Xaçmaz təmsilçisinin üstünlüyü ilə bitərsə, mayın 13-də seriyanın üçüncü matçı oynanılacaq.
Qeyd edək ki, bu cütün qalibi finalda “Sabah”ın rəqibi olacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0