3x3 basketbol üzrə oğlanlar arasında ABB Gənc Basketbol Liqasının ikinci mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasının komandası uğurlu çıxışı ilə yadda qalıb.
Aprelin 7-8-də Bakı İdman Sarayında 3x3 basketbol üzrə ABB Gənc Basketbol Liqasının ikinci mərhələsi keçirilib. Mərhələnin final görüşündə İdman Akademiyası və Texniki Universitetin komandaları üz-üzə gəliblər. İdman Akademiyası 21:19 hesabı ilə qalib gələrək, çempion tituluna yiyələnib.
Final oyununun ən dəyərli basketbolçusu (MVP) İdman Akademiyasının üzvü Əlibəy Məmmədli seçilib. Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri