Bu gün kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, ikinci oyun gününün matçları paytaxtdan kənarda baş tutub
“Gəncə” öz meydanında “Ordu”nu sınağa çəkib. Görüş ev sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. "Ordu" mübarizəni dayandırdığı halda, "Gəncə" 1/4 finalda iştirak hüququ qazanıb.
“Neftçi” isə Sumqayıtda eyniadlı komanda ilə görüşüb. Oyun "ağ-qaralar"ın inamlı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan kuboku
1/8 final
29 yanvar
14:00. “Gəncə” – “Ordu” - 81:62 (25:16, 17:20, 21:12, 18:14)
19:00. “Sumqayıt” – “Neftçi” - 90:103 (18:24, 18:19, 22:22, 32:38)
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri