
Azərbaycanda basketbol üzrə daha bir yarışa start verilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidməti açıqlayıb.
Basketbolçu oğlanlar arasında U-12 liqası başlayıb. Liqanın reqlamentinə əsasən Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edən 12 klubun U-12 komandası çempionluq uğrunda mübarizə aparır.
Klublar ABL-də olduğu kimi iki qrupda yarışırlar:
A qrupu: "Sabah", "Naxçıvan", "Neftçi", "Abşeron", "Sərhədçi", NTD.
B qrupu: "Gəncə", "Şəki", "Ordu", "Sumqayıt", "Quba", "Lənkəran".
Dairəvi sistemlə iki dövrəli, 10 turdan ibarət olan müntəzəm çempionatı öz qruplarında 1-ci və 2-ci pillədə tamamlayan klublar 1/4 finala vəsiqə qazanacaqlar. Qruplarda 3-cü, 4-cü, 5-ci və 6-cı sıranı tutmuş klublar isə pley-in oyunlarında iştirak edərək, pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, U-12 liqasının oyunları Azərbaycan Texniki Universiteti ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilir.