"Sübut etdik ki, Azərbaycanın ən güclü komandasıyıq".
Apasport.az xəbər verir ki, bunu NTD komandasının üzvü, Azərbaycan Kubokunun ən dəyərli basketbolçusu (MVP) seçilən Detrek Brauninq klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Mən çox xoşbəxtəm. Bəli, məni MVP seçdilər, amma ən vacibi komandanın uğurudur. Sübut etdik ki, Azərbaycanın ən güclü komandasıyıq. Çox istəyirdik ki, qalib gələk və kuboku qazanaq. Mən, Tayri Boykin və Kvinton Kempbell yanvarda komandaya qoşulduq. İlk oyunumuz kubokda “Lənkəran”a qarşı oldu. O zaman qarşımıza kuboku qazanmağı məqsəd qoyduq vəə iki ay sonra bunu bacardıq. Bu turniri qazanmaq üçün bir ailə olmaq lazımdır. Bu, komanda qələbəsidir. Bu qələbə bizi daha güclü etdi. Titul bizə çempionat oyunlarında da daha çox inam verəcək”.
Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında keçirilən Azərbaycan Kubokunun final matçında NTD "Gəncə"ni 81:72 hesabı ilə məğlub edib.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri