Bakıda basketbol üzrə Dünya Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq
04.08.2025 - 13:38
Bakıda basketbol üzrə Dünya Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq

23-24 avqust Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq.

Apasport.az xəbər verir ki, Səbail mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.

Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 13-ü milli: Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya - 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır.

Qeyd edək ki, Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.