Basketbol hakimləri üçün seminar keçirilib
23.09.2024 - 09:52
Basketbol hakimləri üçün seminar keçirilib

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə yeni mövsüm ərəfəsində hakimlər üçün yekun seminar baş tutub.

Apasport.az xəbər verir ki, tədbir sentyabrın 21-22-də Zuğulba tədris idman bazasında gerçəkləşib.

Hakimlər komitəsinin sədri Ələkbər Həsənovun başçılıq etdiyi seminarın açılışı ABF-nin idman direktoru Turqay Zeytingözün yeni mövsümlə bağlı verdiyi təlimatlardan sonra start götürüb.

18 yerli ədalət təmsilçisinin iştirak etdiyi seminarda referilərin yeni mövsüm ərəfəsində hazırlıqları həm nəzəri, həm də praktiki testlərlə sınaqdan keçirilib.

Bundan əlavə, FIBA-nın təsdiq etdiyi seminarda beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə yeni qaydaların oyunlarda tətbiq olunması yerli hakimlərə izah edilib.

Seminarın əsas məqsədi yeni mövsüm ərəfəsində tətbiq olunan yeni qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiq hakimlərə izah olunması və Azərbaycan Basketbol Liqası və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır.

0