Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01.05.2024 - 09:45
Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti görüşü baş tutacaq.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə "Xəzri" və "Sərhədçi" kollektivləri üz-üzə gələcəklər.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 3-də keçiriləcək.
Ötən gün pley-off mərhələsinin ilk görüşündə "Xırdalan" "Neftçi"yə 80:75 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0