Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığması tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, komandamız Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirindəki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Komandamız bu gün öncə yarımfinalda Macarıstanla qarşılaşıb. B qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız finala gedən yolda rəqibini 21:19 hesabı ilə məğlub edib.
Basketbolçularımız finalda Polşa yığması ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni rəsmiləşdirib.
Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də komanda yarışında ilk dəfə təmsil olunacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri