Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
17.04.2024 - 19:54
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.
Apasport.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” kollektivləri qarşılaşıb.
Rəqibinə 78:73 (31:14, 15:24, 13:17, 19:18) hesabı ilə qalib gələn “Xəzri” ölkə kubokunun həlledici oyununa vəsiqə qazanıb.
Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək.
Azərbaycan Kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0