Basketbol üzrə oğlanlar arasında U-12 liqasına start verilib.
Apasport.az xəbər verir ki, Liqanın reqlamentinə əsasən Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edən 12 klubun hər birinin U-12 komandası çempionluq uğrunda mübarizə aparacaq.
Klublar ABL-də olduğu kimi "A" və "B" qruplarında yarışacaqlar.
"A" qrupu - "Sabah" U-12, "Naxçıvan" U-12, "Neftçi" İK U-12, "Abşeron" U-12, "Sərhədçi" U-12, NTD U-12
"B" qrupu - "Gəncə" U-12, "Şəki" U-12, "Ordu" U-12, "Sumqayıt"U-12, "Quba" U-12, "Lənkəran" U-12
Dairəvi sistemlə iki dövrəli, yəni 10 turdan ibarət olan müntəzəm çempionatı öz qruplarında 1-ci və 2-ci pillədə tamamlamış klublar pley-off 'un 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Qruplarda 3-cü, 4-cü, 5-ci və 6-cı sıranı tutmuş klublar isə pley-in oyunlarında iştirak edərək, pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, U-12 liqasının oyunları Azərbaycan Texniki Universiteti ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilir.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri