Basketbolçularımız İslamiadaya qələbə ilə başlayıb
17.11.2025 - 18:36
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, yığma ev sahibi komanda ilə üz-üzə gəlib.
Görüş basketbolçularımızın 21:8 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan qrupdakı ikinci matçını da bu gün keçirəcək. Komanda Bakı vaxtı ilə saat 22:10-da Türkiyə seçməsi ilə üz-üzə gələcək.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0