Bu gün Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq basketbol turnirinə start verilib.
Apasport.az xəbər verir ki, ölkəmizi turnirdə Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət seçmə komandamız təmsil edir.
Azərbaycan yığması ilə yanaşı Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devons" və "Axtuba" klub komandaları da mübarizə aparırlar.
Seçməmiz ikinci oyununda Rusiyanın "Devons" komandası ilə qarşılaşıb və rəqibinə 89:23 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 22 iyuna qədər davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri