"Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Kubokunun 1/4 finalında qarşılaşa biləcəkləri rəqibləri dəyərləndirib:
"Rəqibimiz "Lənkəran" - NTD cütünün qalibi olacaq. "Lənkəran"ı çempionatdan tanıyırıq. NTD-nin isə çox dəyərli məşqçiləri və millidə oynayan basketbolçuları var. A qrupunda autsayder olsa da, NTD yerli oyunçu baxımından çox güclüdür. Hansı komanda ilə qarşılaşmaq istədiyimi söyləməyim düzgün çıxmaz. Rəqibimizin kimliyindən asılı olmayaraq, qələbə üçün əlimizdən gələni edəcəyik. Yarımfinalda rəqib böyük ehtimalla "Sabah" olacaq. Azərbaycan Kubokunda 2 yerli oyunçudan istifadənin məcburi olması azərbaycanlı basketbolçuların qarşılaşmalara daha yaxşı köklənməsini şərtləndirəcək".
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final matçları martın 12-13-də keçiriləcək. Bütün oyunlar Bakıda baş tutacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri