ABŞ Müntəzəm Basketbol Liqasında (NBA) final seriyasında ilk oyun keçirilib.
Apasport.az xəbər verir ki, “Nyu-York Niks” səfərdə “San-Antonio Spers”lə qarşılaşıb.
Gərgin keçən görüş qonaqların 105:95 hesablı qələbəsi ilə başa çatıb. “Nyu-York” 14 xallıq geridönüş edərək son dəqiqələrdə oyunun taleyini həll edib. Komanda matçı 11:0-lıq seriya ilə tamamlayıb və final seriyasında 1:0 önə keçib.
Qalib komandanın heyətində Ceylen Branson 30 xal toplayaraq matçın ən məhsuldar oyunçusu olub. Karl-Entoni Tauns 18 xal və 12 ribaundla dabl-dabl edib. OG Anunobi isə “Nyu-York”a 17 xalla kömək edib.
“San-Antonio”da Viktor Vembanyama 26 xal və 12 ribaundla yadda qalıb. Stefan Kastl 17, Culian Şampeni və Dilan Harper isə hərəyə 16 xal toplayıblar.
Qeyd edək ki, seriyanın ikinci oyunu da “San-Antonio”nun meydanında keçiriləcək. “Nyu-York” hazırda finalda 1:0 öndədir.
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
- Millilərimiz Avropa çempionatına Belarusda hazırlaşacaq
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- "Sabah" Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb - RƏSMİ
- “Sabah” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ