Azərbaycanda ilk dəfə baş tutacaq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsində iştirak edəcək komandalar müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarışda kişilərdən ibarət millimizlə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda və İran yığmaları mübarizə aparacaq.
Qadınların yarışına isə Azərbaycan, Çili, Latviya, Çin Taypeyi, Braziliya və Misir kollektivləri qatılacaq.
Qarşılaşmalar mayın 24-25-də Bakıda təşkil olunacaq.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələnin ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri