!["Bu atmosfer mövsümün sonuna doğru bizə çox kömək edəcək"](https://ww3.apasport.az/storage/news/2025/february/13/big/67adb9269fc5067adb9269fc51173943837467adb9269fc4867adb9269fc4f.jpg)
"Hazırda B qrupunda mövqeyimiz yaxşıdır və mövsümün sonunda birinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram".
Apasport.az xəbər verir ki, bunu "Ordu"nun basketbolçusu İsiah Pope klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Fikrimcə, bir komanda kimi geridə qalan bütün oyunlarda xarakter nümayiş etdirdik. Bəzi görüşlərdə vacib qələbə qazandıq, ancaq qalib gəlməli olduğumuz bir sıra qarşılaşmalarda da uduzduq. Hesab edirəm ki, bir komanda kimi artıq formalaşmışıq. Kollektivin bütün üzvləri yaxşı əhval-ruhiyyədədir. Bu atmosfer mövsümün sonuna doğru bizə çox kömək edəcək".
Qeyd edək ki, "Ordu" B qrupunda 24 xalla üçüncü pillədə qərarlaşıb. Lider "Gəncə" və ikinci sıradakı "Şəki" də eyni xala malikdir.
- Davonte Kraven: "Hər komandanı məğlub edə bilərik"
- “Sərhədçi”nin legioneri: "Azərbaycanda yeməklərin dadına baxdım və..."
- Millimiz Kosovo və İrlandiya ilə oyunların hazırlıqlarına start verib
- NBA: Alperen Şengün matçın ən məhsuldar oyunçusu oldu, komandası uduzdu
- "Şəki"nin baş məşqçisi: "Qrupda ilk "üçlük" dəyişiləcək"