"Pis oynadıq. Normalda daha yaxşı durumda olan komandayıq".
Apasport.az xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker deyib.
O, Azərbaycan kubokunun 1/4 finalında "Naxçıvan"a 60:102 hesablı məğlubiyyəti şərh edib:
"Oyuna çox pis başladıq. Reqlamentə əsasən 2 yerli basketbolçunun meydanda çıxması bizim əleyhimizə oldu. Gənclərin təcrübəsi kifayət qədər deyil. Bu, bir səbəbdir, amma əsas deyil. Əslində hər zaman pis müdafiə olunuruq deyirik. Bu dəfə isə çox pis hücum etdiyimiz üçün çox da pis müdafiə olunduq. Sonra tələsdik və hesab arasında fərq böyüdü. Rəqibimiz güclü komandadır. Onlara növbəti mərhələdə uğurlar arzu edirəm. Biz isə liqadakı son oyunlarımıza hazırlıqlarımıza davam edəcəyik".
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri