Erhan Toker: “Kritik səhvlər elədik”
27.10.2024 - 15:56
Erhan Toker: “Kritik səhvlər elədik”

Azərbaycan Basketbol Liqasının "Sərhədçi" - "Abşeron" matçından (79:70) sonra qonaqların baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlama verib.

"Oyunun ilk dövrəsini çox pis oynadıq. Xüsusilə yaxşı müdafiə olunmadıq. Çox cəhd etməyimizə rəğmən hücumda da effektiv ola bilmədik. Bir sözlə zəif təsir bağışladıq".

- Matçın sonunda komandanız özünə gəlməyə başladı və fərq azaldı. Bu rəqibin rahatlaşması ilə əlaqədar idi, yoxsa "Abşeron" öz oyununu diqtə edə bildi o dəqiqələrdə?
- Deməzdim rəqib rahatlaşdı. İkinci dövrə bəzi müdafiə dəyişiklikləri elədik. Sərt oynadıq. Dolayısı ilə üstünlüyü əla aldıq və rahat xallar qazandıq. Buna baxmayaraq yenə də üstünlük bizdə olarkən belə kritk səhvlər elədik. Bu da sonda nəticəyə öz təsirini göstərdi. Ümumi olaraq deyə bilərəm ki,  müdafiədə problemlər qalmaqda davam edir. Yoldaşlıq oyunlarında özlərini yaxşı tərəfdən göstərən bəzi oyunçularımızdan da çempionat oyununda istədiyimizi ala bilmirik. Hazırlıqlarımızı bu yöndə davam etdirib qarşıdakı matça köklənəcəyik.

0