“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının XVII turunun “Abşeron”la oyunu barədə danışıb.
Mütəxəssis komandanın hazırlıq prosesini dəyərləndirib: "Abşeron"la oyuna tam heyətlə çıxacağıq. Çox yaxşı hazırlaşmışıq. Marlon Teylor da zədəsini sağaldaraq geri dönüb. Rəqib son matçlarda məğlubiyyətlər yaşayıb. Bizimlə eyni sayda qələbələri var. Çox önəmli oyun olacaq. Rəqibin əsas oyunçularının geri dönüb-dönmədiyini bilmirik. Yeni və köhnə oyunçularımız bir-birilərinə yaxşı uyğunlaşıblar. Fərqli meydanda oynayacağıq, matçı qazanmağa və növbəti tura keçməyə çalışacağıq”.
Qeyd edək ki, bu gün Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək “Abşeron” - “Sərhədçi” görüşü saat 19:00-da başlayacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri