Türkiyənin "Fənərbaxça" klubu bundan sonra basketbol üzrə Türkiyə milli komandasına oyunçu göndərməyəcəyini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Açıqlamada buna əsas səbəbi milli komandanın baş məşqçisi Ergin Ataman olduğu bildirilib.
Belə ki, "Fənərbaxça" və "Qalatasaray" futbol komandalarının arasında baş tutan (1:3) matçdan sonra "cim-bom" azarkeşi olan Türkiyə millisinin baş məşqçisi Ergin Ataman "sarı-qırmızılı" azarkeşlərlə birlikdə sevinib.
Daha sonra Atamanın əliylə "3:1" tutduğu anın görüntüləri yayılıb.

Bundan sonra öz instaqram hesabından paylaşdığı yazı ilə "Fənərbaxça"dan üzr istəyən təcrübəli mütəxəssis, kluba hörmət etdiyini və bu hərəkətinin səhv anlaşılacağını düşünmədiyini bildirib.

"Fənərbaxça" isə öz növbəsində Atamanın üzrünün qəbul olunmadığını və bundan sonra Türkiyə milli komandasına oyunçu göndərilməyəcəyini açıqlayıb.
Klubdan verilən açıqlamada Ergin Atamanın "Qalatasaray"a "şirin" görünmək üçün neytrallığını itirməsi tənqid olunub.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri