"Fənərbaxça Beko" Avropa Liqasının 32-ci həftəsində qonaq olduğu Almaniyanın "ALBA Berlin" komandasını 103-68 hesabı ilə məğlub edərək 20-ci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, matçda rekord göstərici qeydə alınıb.
Almaniya təmsilçisi ilə qarşılaşmada 50 xal toplayan Naycel Hayes-Devis Avropa Liqasında bir matçda ən çox xal toplayan futbolçu adına layiq görülüb.
Bundan əvvəlki rekord 49 xalla “Anadolu Efes”də çıxış edən Şeyn Larkına məxsus idi.
Bu nəticə ilə "Fənərbaxça" 32-ci həftədə 20-ci qələbəsini qazanıb. "Sarı-göylü" komanda liqanın 33-cü həftəsində azarkeşləri önündə "Anadolu Efes"i qəbul edəcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri