"Fənər"dən NBA-ya - Biberoviç “Dallas Maveriks”də
06.07.2026 - 23:26
"Fənər"dən NBA-ya - Biberoviç “Dallas Maveriks”də

Türkiyə millisinin basketbolçusu Tarık Biberoviç karyerasını NBA-də davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, 24 yaşlı qısa forvard “Dallas Maveriks”lə 1+1 illik müqavilə barədə razılıq əldə edib.

Məlumata görə, “Fənərbaxça” bu transferdən 2 milyon dollar məbləğində gəlir əldə edəcək.

Qeyd edək ki, Tarık Biberoviç 2018-ci ildən “Fənərbaxça”nın formasını geyinirdi.

O, 2024/25 mövsümündə komanda ilə Avroliqa, Türkiyə Superliqası və Türkiyə Kubokunun qalibi olub.