FİBA-nın baş katibi ilə görüş keçirilib
25.04.2025 - 15:54
FİBA-nın baş katibi Andreas Zaqklis Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşları ilə görüşüb.
Apasport.az xəbər verir ki, qurum rəhbəri onların gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub.
FİBA rəsmisi Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib və ABF əməkdaşlarının basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.
ABF əməkdaşları ilə söhbət edən Zaqklis onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0