Gənc basketbolçuların hazırlığı davam edir
05.07.2024 - 20:01
Gənc basketbolçuların hazırlığı davam edir

Yeniyetmə basketbolçu qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunlarında qüvvəsini sınayıb.

Apasport.az xəbər verir ki, iyunun 26-da Kiprdə təlim-məşq toplanışı start götürən U-16 və U-18 yığmalarımızın hazırlığı başa çatıb.

Millimiz iyulun 2-dən etibarən təlim-məşq toplanışının növbəti hissəsini Türkiyədə davam etdirir. Evren Alkayanın rəhbərlik etdiyi komanda əsasən taktiki, texniki və fiziki çalışmalara üstünlük verir. Yığmamız keçirdiyi yoxlama oyunlarında 5 qələbə qazanıb, 1 məğlub olub.

AZƏRBAYCAN U-18 - "Kastamonu ARD" U-18 - 84:65

AZƏRBAYCAN U-16 - "Karabük" U-18 - 93:74
AZƏRBAYCAN U-18 - Kipr U-18 - 62:72
AZƏRBAYCAN U-18 - Kipr U-16 oğlan - 57:56
AZƏRBAYCAN U-16 - "Kastamonu" U-16 - 78:54
AZƏRBAYCAN U-18 - "Kastamonu Yursum" U-16 - 91:68

Qeyd edək ki, sabah U-16 yığmamız iyulun 9-14-də Avropa çempionatı "C" divizionun oyunlarında iştirak etmək üçün Cəbəllütariqə yollanacaq.

 

0