Bu gün Azərbaycan Basketbol Liqasının B qrupunda daha 2 oyun keçirilib
Apasport.az xəbər verir ki, hər 2 matç Bakıda baş tutub.
“Ordu” - “Gəncə” ilə duelində vahid lider bəlli olub. Gəncəlilər inamlı qələbə qazanıblar. Meydan sahibləri bu dəfə cəmi 61 xal toplayıblar. Qazanılan qələbə "Gəncə" vahid lider edib.
“Quba” uğursuz çıxış davam edir. Komanda bu dəfə “Lənkəran”la görüşdə uduzub.
Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” “Sərhədçi”yə 83:66 hesabı ilə qalib gəlib. NTD isə “Neftçi”dən üstün olub - 66:63. Tura noyabrın 3-də “Şəki” - “Sumqayıt”, “Abşeron” - “Sabah” matçları ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
III tur
2 noyabr
B qrupu
12:30. "Ordu" - "Gəncə” - 61:82 (12:13, 18:25, 14:21, 17:23)
Bakı İdman Sarayı
16:00. “Quba” – “Lənkəran - 81:86 (26:26, 12:21, 20:24, 23:15)
Bakı İdman Sarayı
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri