Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son qarşılaşmaları B qrupunda baş tutub.
"Şəki" "Quba"nı qəbul edib. Şəki Olimpiya İdman Kompleksində baş tutan görüşdə meydan sahibləri qələbə qazanıb - 78:56.
"Gəncə" isə "Lənkəran"la qarşılaşıb. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən oyun qonaqların qələbəsi ilə nəticələnib - 79:66.
Qeyd edək ki, turun əvvəlki görüşlərində A qrupunda "Sabah" "Sərhədçi"ni 85:78, NTD "Abşeron"u 87:77, "Neftçi" "Naxçıvan"ı 73:63 hesabı ilə məğlub edib. B qrupunda isə "Ordu" "Sumqayıt" üzərində qələbə qazanıb - 89:82.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri