"Gəncə"dən çətin qələbə
06.04.2025 - 16:30
"Gəncə"dən çətin qələbə

2024/25-ci illər mövsümü Azərbaycan Basketbol Liqasında müntəzəm çempionat başa çatıb.

Apasport.az xəbər verir ki, bu gün XX turun son iki qarşılaşması keçirilib.

B qrupunda "Gəncə" "Sumqayıt"la qarşılaşıb. Qərb təmsilçisi rəqibindən güclü olub - 94:92.

Azərbaycan Basketbol Liqası
XX tur
B qrupu
6 aprel
14:00 "Gəncə" - "Sumqayıt" 94:92

Gəncə İdman Sarayı