"Gəncə" Azərbaycan Basketbol Liqasında liderliyini davam etdirib.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçisi XVII turda "Lənkəran"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 90:76.
Xallarının sayını 30-a çatdıran "Gəncə" birinci pillədə qərarlaşıb. "Lənkəran" 20 xalla sonuncu - altıncı sıradadır.
Saat 19:00-da star götürəcək digər matçda "Ordu" "Sumqayıt"ın qonağı olacaq.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri