"Gəncə"dən yeni transfer
01.09.2026 - 13:18
"Gəncə"dən yeni transfer

"Gəncə" basketbol klubu amerikalı hücumçu Nik Ellinqtonu heyətinə cəlb edib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

25 yaşlı forvardla mövsümün sonunadək müqavilə imzalanıb.

203 santimetr boya malik Nik Ellinqton karyerasında ilk dəfə ölkəsindən kənarda çıxış edəcək.