"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XV turunun "Şəki" ilə matçı barədə danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.
O, görüşlə bağlı fikirlərini bölüşüb:
"Rəqibi mübarizə əzminə görə təbrik edirəm. Öz oyunçularıma da "sağ ol" düşür. Çünki sıx təqvimdən uğurla çıxdıq. Üç həftəlik dövrü istirahət etmədən keçiririk. Səfərdə, evdə oynadıq. Doğrudan da çətin durum idi. Bu mərhələni uğurla dəf etmək bizim üçün önəm daşıyırdı. Son tura daxil oluruq. Göstərdiyimiz oyunu ən yaxşı hala gətirmək üçün çalışmağa davam edəcəyik. Basketbolçularımdan çox məmnunam. Hamısının əziyyətini qiymətləndirirəm. Son mərhələdə də çatışmazlıqları aradan qaldırıb ən yaxşı şəkildə oyun nümayiş etdirmək üçün səylərimizi davam etdirəcəyik".
Qeyd edək ki, "Gəncə" - "Şəki" matçı meydan sahiblərinin 95:80 hesablı qələbəsi ilə yekunlaşıb.
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
- Millilərimiz Avropa çempionatına Belarusda hazırlaşacaq
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- "Sabah" Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb - RƏSMİ
- “Sabah” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ