“Komandama qələbəyə görə təşəkkür edirəm".
Apasport.az xəbər verir ki, bunu "Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı “Lənkəran”la keçirdikləri oyundan (90:76) sonra açıqlamasında deyib.
Mütəxəssis rəqibi mübarizəsinə görə təbrik edərək bildirib ki, "Lənkəran" pis komanda deyil, amma mövsüm boyu şanssızlıqlar yaşayıblar, gedən və gələn oyunçuları olub: “Amma buna baxmayaraq mübarizədən çəkilmədilər. Öz komandama da qələbəyə görə təşəkkür edirəm. Sıx qrafiklə oynadığımızdan meydanda rotasiya ilə çıxış edirik. Hamını formada saxlamaq istəyirik”.
Türkiyəli baş məşqçi qarşıdakı "Sərhədçi" ilə kubok oyunu barədə də danışıb: “Qısa vaxtda hazırlığımızı tamamlayıb bu turnirdə ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq. Qalib gəlmək istəyirik. Azarkeşlərə də minnətdarıq, bizi tək qoymadılar".
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri