"Kubokda yolumuza davam etməyə layiqik".
Apasport.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı basketbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Ordu" ilə oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis növbəti mərhələyə adladıqları üçün sevincli olduqlarını bildirib:
“Qəbələni azarkeşlərimizə həsr edirik. Oyunun əvvəlindən sonuna kimi bizi dəstəklədilər. Biz də onlar üçün oynayırıq. Kubokda yolumuza davam etməyə layiqik. Mübarizə davam edir. Ən yaxşı nəticəyə imza atmağa çalışacağıq. Komandaya inanıram. Baskebolçulara təşəkkür edirəm. Rotasiya edib oynadıq. Qarşıda "Ordu" ilə daha bir oyunumuz var. Bu dəfə çempionatda üz-üzə gələcəyik. Həmin görüşə hazırıq, qələbə qazanıb yolumuza davam etmək istəyirik".
Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən "Gəncə" - "Ordu" görüşü meydan sahiblərinin 81:62 hesablı qələbəsi ilə bitib. Qərb təmsilçisi 1/4 finalda "Sərhədçi" ilə qarşılaşacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri