Tanınmış basketbolçu Valentina Vinyali yenidən diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, bir müddət mediadan uzaq qalan italiyalı xanım idmançı yenidən sosial şəbəkədə fəallaşıb.
Cazibədarlığı ilə seçilən və çoxları tərəfindən “idmanın ən gözəli” adlandırılan 31 yaşlı basketbolçunun paylaşımları izləyicilərinin də marağına səbəb olub. O, xüsusən də, hovuzda çəkdirdiyi şəkli paylaşaraq özünü xatırladıb.

Qeyd edək ki, qüsursuz bədən quruluşuna görə fərqlənən Valentina Vinyalinin instaqramda 2,6 milyon izləyicisi var. Basketbolçunun şəkilləri tez-tez İtaliya da daxil olmaqla dünyanın bir çox ölkələrində moda jurnallarının səhifələrini bəzəyir.







- “Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək